Əczaçılıq zavodunda partlayış: çox sayda ölən və xəsarət alan var - VİDEO

Hindistanın Andhra Pradeş ştatında əczaçılıq zavodunda reaktorun partlaması nəticəsində baş verən yanğında ölənlərin sayı 17 nəfərə çatıb, 30-dan çox insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Binada olan işçilərin yanıq xəsarətləri alaraq xəstəxanalara aparıldığı qeyd edilir.
Yanğınsöndürənlər fövqəladə hadisə yerində işlərini davam etdirirlər.
Zavodda ümumilikdə iki növbədə 380 nəfər işləyir.
**
Hindistanda “Escientia” əczaçılıq şirkətinin dərman preparatları istehsal olunan zavodunda baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə “The Indian Express” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, insident Andhra Pradeş ştatının Anakapalle şəhərindəki zavodda baş verib. Orada bir çox əczaçılıq şirkətinin yerləşdiyi Atçutapuram Xüsusi İqtisadi Zonası yerləşir.
“Əczaçılıq reaktoru partlayıb, daha sonra isə orada yanğın başlayıb. Yanğının səbəbi qısaqapanma olub”, - ştat polisinin açıqlamasında deyilir.
Qeyd olunur ki, partlayışdan sonra başlayan yanğını söndürmək üçün onlarla yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO












