Ekstremizm şübhəsi - 200-dək polis əməkdaşı barəsində araşdırma aparılır

Almaniyanın federal əyalətlərində fəaliyyət göstərən 200-ə yaxın polis əməkdaşı barəsində sağçı ekstremizm şübhəsi ilə araşdırma aparılır.
Avtosfer.az xəbər verir ki, “Stern” jurnalının və “RTL” telekanalının Almaniyanın 16 əyalətinin daxili işlər nazirliklərinə istinadla yaydığı məlumata görə, hazırda azı 193 polis əməkdaşı barəsində intizam tədbirləri və ya istintaq aparılır.
Şimali Reyn-Vestfaliya, Berlin və Meklenburq-Qərbi Pomeraniya əyalətləri dəqiq rəqəmlər təqdim etmədiyindən real göstəricilərin daha yüksək ola biləcəyi ehtimal edilir. Şimali Reyn-Vestfaliya və Berlin əyalətlərinin müvafiq qurumlarından hazırda təxminən 80 intizam işinin aparıldığı bildirilsə də, bu işləri siyasi kateqoriyalara (“sağ” və ya “sol”) ayırmağın mümkün olmadığı qeyd edilib.
Bavariya əyalətinin daxili işlər naziri Yoaxim Herman (CSU) məsələ ilə bağlı açıqlamasında hüquq-mühafizə orqanlarının nümayəndələrinin azad demokratik əsas qanuna sadiq qalmalı olduqlarını bildirib. Şimali Reyn-Vestfaliyanın daxili işlər naziri Herbert Reul (CDU) isə ekstremist fikirlərin polis sistemində yeri olmadığını və bu düşüncədə olan şəxslərin dərhal uzaqlaşdırılacağını vurğulayıb.
Araşdırmalara əsasən, 2020-ci ildən bəri əyalətlərdə xidmət edən 570-dən çox polis əməkdaşı haqqında bu mövzuda tədbirlər görülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












