Elşad bacısı uşağının ad gününə gedirmiş... - Həmin işdə hökm oxundu - VİDEO

Quba şəhərində dəhşətli qəza törətmiş sürücüyə hökm oxunub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən məlumatına görə, “Mercedes” markalı avtomobillə əks zolağa çıxaraq qəza törədən 28 yaşlı Kənan Cabbarova 5 il 6 ay həbs cəzası verilib.
Hadisə ötən ilin sentyabrında gecə saat 22 radələrində Quba şəhəri Heydər Əliyev prospektində baş verib. Araşdırma zamanı müəyyən edilib ki, Kənan qəzadan əvvəl narkotik vasitə olan metamfetamin qəbul edərək sərxoş vəziyyətə düşüb. O, avtomobili yüksək sürətlə idarə edərək əks hərəkət istiqamətinə çıxıb və öz yolu ilə hərəkət edən 1982-ci il təvəllüdlü Elşad Qayıbovun sürdüyü maşınla toqquşub. Nəticədə Elşad aldığı xəsarətlərdən ölüb.
Hadisə baş verən gün Elşadın bacısı övladının ad günü imiş və o, məclisə gedərkən qəza ilə üzləşib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Cabbarovun həbs müddətindən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib.
Qeyd edək ki, hadisədən sonra dəhşətli qəzanın görüntüləri yayılmışdı.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












