Eltisinin ölümünə səbəb olan həkim iş başında - FOTO

Bakıda ev şəraitində eltisinə qanunsuz bədənşəkilləndirmə əməliyyatı həyata keçirərək ölümünə səbəb olmaqda təqsirləndirilən "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova məhkəmə hökmü ilə cəzalandırılıb. Məhkəmənin hökmünə əsasən, Ülviyyə İlyasova 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilib.
Avtosfer.az Manset.az-a istinadən xəbər verir ki, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olan Ülviyyə İlyasova "WhatsApp" statusunda işdə olduğunu bildirərək paylaşım edib:
"Bu çətin günlərdə yanımda olan hər kəsə sonsuz təşəkkürlər. 1 il 40 gün çəkən bu haqsızlıq sonunda öz yerini tapdı. Canlarım mənim, narahat olan hər kəs, yaxşı ki, varsınız. Allah gözəl qəlbinizə görə versin. Sizi sevirəm. Həyatda hər şey qarşılıqlıdır. Hər gün işdəyəm, buyurub gələ bilərsiniz".
Xatırladaq ki, Ülviyyə İlyasova aprelin 15-də üzərində liposaksiya əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün xəstədə qanaxma başlayıb və Ü.İlyasova onu köməksiz vəziyyətdə qoyub. Nəticədə Səbirə Vəliyeva kəskin qanitirmədən dünyasını dəyişib.
Qeyd edək ki, xəbər yayımlandıqdan sonra Ülviyyə İlyasova əvvəlki reklam xarakterli paylaşımını silərək, yeni bir statusla əvəz edib və bu yolla ictimaiyyəti çaşdırmağa çalışıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
















