Ərinin qətlini sifariş verən qadının məhkəmə işinə yenidən baxılacaq

Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidovanın işinə yenidən baxılacaq.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb cinayət işini araşdıran əvvəlki hakimin bir müddət əvvəl vəfat etməsidir.
İşi bu dəfə Roman Ələkbərlinin sədrlik etdiyi hakimlər heyəti araşdıracaq. Artıq yeni tərkibdə tanışlıq iclası keçirilib. Gələn həftədən təkrar məhkəmə istintaqı başlayacaq.
Məlumat üçün deyək ki, bu iş əvvəl hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılıb. Hakimin futbol matçında qəfil vəfatı vəziyyəti dəyişib.
Qanuna görə, hakimlər dəyişərkən məhkəmə yenidən başlamalıdır.
Qeyd edək ki, Əzizə ilə bir yerdə üç nəfər - tanışı Mehdi Məmmədov və onun dostları Bəxtiyar Fərzəliyev və Elvin Əliyev mühakimə edilirlər. Onlar Əzizənin qətl sifarişini yerinə yetirməkdə ittiham edilirlər.
İstintaq materiallarında deyilir ki, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə siçan əleyhinə dərman qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il martın 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyib. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












