Ev tikəcəyinə söz verdi, 42 nəfəri aldatdı: 400 min manat mənimsədi

Özünü "Elegant Construction" və bir neçə tikinti şirkətinin rəhbəri kimi təqdim edərək 42 nəfərin külli miqdarda vəsaitini mənimsəyən şəxsə hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1977-ci ildə Füzuli rayonuda doğulmuş Elmir M. adlı şəxs internet saytlarında və sosial şəbəkələrdə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri ərazisində ucuz və hissə-hissə ödəniş şərtləri ilə fərdi yaşayış evlərinin inşası, təmiri və satışını həyata keçirməsi ilə bağlı elanlar paylaşıb. Elmir insanlarda bu yolla inam yaratmaqla, onların etibarından sui-istifadə edib və 42 nəfərin 400 min manata yaxın vəsaitini mənimsəyib.
O, bu işin icrası üçün 2019-cu ildən metronun "Memar Əcəmi" stansiyası yaxınlığında icarəyə ofis götürüb. Əməllərindən xəbərsiz olan bir neçə nəfəri işə götürərək, fəaliyyət göstərib.
Nəticədə təqsirləndirilən şəxs Fatmayı, Ceyranbatan və digər yerlərdə ev tikmək istəyən 42 nəfərdən 8, 12, 22, 40, 44 min və digər məbləğlərdə vəsait alaraq mənimsəyib. O, birmərtəbəli tikilməli və tam təmirili təhvil verilməli olan ev üçün zərərçəkmiş şəxslərdən 39900 manatan 81 min manata qədər pul istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Elmir özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsləri aldatmasına səbəb kimi özünün də 360 min manat pul almalı olduğu iş üzrə zərərçəkmiş qismində tanındığını deyib: "360 min manatımı vermədilər deyə, insanları aldatmalı oldum".
O bildirib ki, həmin işlə bağlı ona vurulmuş maddi ziyan tam ödənilmədiyi üçün zərərçəkmişlərin pulunu tam qaytara bilmir.
Məhkəmənin qərarı ilə Elmir Cinayət Məcəlləsinin 178.3.2 və 306.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və səkkiz il altı ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Elegant Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Ramazanlı Nicat Məhəmməd oğludur. Təqsirləndirilən şəxs "Avangard" MMC-nin də adından istifadə edərək cinayət törədib. Özünü "Elegant Construction" və bir neçə tikinti şirkətinin rəhbəri kimi təqdim edərək 42 nəfərin külli miqdarda vəsaitini mənimsəyən şəxsə hökm oxunub.
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
Qohumların mübahisəsi silahlı DAVAYA ÇEVRİLDİ – 4 nəfər xəsarət aldı
“Lənkəran” sərhəd dəstəsi ƏMƏLİYYAT KEÇİRDİ: 11 kq-dan çox marixuanana ələ keçirildi
Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürdü
Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB - FOTO
Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi - Həbs olundu
Yumurta boyda dolu yağdı; avtomobillərə ziyan dəydi - VİDEO
Xaçınçaya gələn seldə "Hyundai" batıb - FOTO - VİDEO
Polis çaya düşən azyaşlını xilas etdi - Babası boğuldu - VİDEO
DSX müsadirə olunmuş narkotikləri bahalı maşınlarla yandırmağa apardı - FOTO - VİDEO
Babək prospektində təhlükəli anlar: Piyada motosikletlə az qala toqquşacaqdı - VİDEO










