Evin qarşısına qumbara və qərənfil qoyana - Bu cəza verildi

Hədə-qorxu vasitəsi kimi təhlükəli üsuldan istifadə edən Elgün Ocaqverdiyevin məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az xəbər verir ki, 19 yaşlı Elgün hədə-qorxu ilə tələb etmə ilə yanaşı, soyğunçuluqda və qanunsuz soyuq silah saxlamaqda ittiham edilib.
Gənc müttəhimin şantaj cinayəti üçün seçdiyi metod haqda hələ iki il əvvəl məlumat vermişdik. Qısaca məsələnin nədən ibarət olduğunu xatırladaq: Elgünə hədə-qorxu ilə tələb etmə ittihamı ona görə verilib ki, o, tanışı Qulam Ağayevin (şərti) keçmiş kürəkəni Valeh Quliyevə (şərti) 14 il əvvəl borc verdiyi, hələ də ala bilmədiyi 30 min dollar pulu öz bildiyi formada geri qaytaracağına söz verib. Pulu ala biləcəyi halda ona “hörmət” ediləcəkmiş.
İstintaq materiallarında yazılıb ki, Elgün hədə-qorxu gəlmək üçün V.Quliyevin yaşadığı evin qarşısına gələrək içərisində 1 ədəd təlim əl-qumbarası və 1 ədəd saplağı qırılmış qərənfil gülü olan bağlamanı qapının ağzına qoyub. Evdən uzaqlaşdıqdan sonra isə V.Quliyevə zəng edib, keçmiş kürəkənə borcunu qaytarmayacağı halda ailə üzvlərinin həyatına son qoyacağını deyib. Xəbərdarlıq edib ki, bundan nəticə çıxarmasa, yaxın vaxtlarda evinə daha bir təhlükəli bağlama göndərəcək.
Elgün Ocaqverdiyev saxlanıldıqdan sonra onun başqa bir şəxsə qarşı soyğunçuluq etdiyi də məlum olub. Həmin əmələ görə də ona əlavə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub. Hökmə əsasən, E.Ocaqverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
(qafqazinfo)
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












