“Evlərin önünə ancaq maşın keçəndə işıq düşür” - VİDEO

“Qaradağın Sahil qəsəbəsi, Emin Quliyev 7 küçəsi artıq yeddi aydır qaranlığa qərq olub”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya həmin küçənin sakini Əfiqə Məmmədova müraciət edib.
Vətəndaşın sözlərinə görə, problem küçənin demək olar ki, bütün hissələrini əhatə edir.
Ə.Məmmədova bildirib ki, 1 nömrəli fərdi yaşayış evindən 25 nömrəli evədək küçə işıqları yanmır.
O həmçinin dəfələrlə aidiyyəti qurumlara edilən müraciətlərə baxmayaraq, problemin hələ də həll olunmadığını qeyd edib: “Dəfələrlə bələdiyyəyə, icra nümayəndəliyinə və işıq idarəsinə müraciət etsək də, hər dəfə “bu gün-sabah həll olunacaq” vədi verilir. Artıq yeddi aydır ki, problem davam edir.
İşıqların yanmaması xüsusilə axşam saatlarında ciddi narahatlıq yaradır. Küçədə sahibsiz itlər olur. Yaşlı sakinlər rahat hərəkət edə bilmirlər. Evlərin önünə ancaq maşın keçəndə işıq düşür. Hazırda bizim küçə kənd küçəsindən daha betər haldadır”.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, sözügedən küçədə heç bir problem yoxdur: “Emin Quliyev 7 küçəsində cəmi bir işıqlandırma lampası yanmırdı, məsələ artıq həllini tapıb”.
Fatimə Şahverdiyeva
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












