Evli qadını narahat edən kişi həbs edildi

Neftçala rayonunda evli qadını mütəmadi narahat edən şəxs həbs edilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Neftçala Rayon Məhkəməsinin qərarı ilə rayonun Kürdili kənd sakini 31 yaşlı Orxan Osmanov (ad və soyadlar şərtidir) aprelin 7-də 10 sutkalıq inzibati həbs edilib.
Müəyyən edilib ki, o, 1 aya yaxın imiş Neftçala şəhərində yaşayan evli, 2 uşaq anası olan qadını izləyərək narahat edirmiş.
Şikayətçi L.Mustafayeva bildirib ki, Orxan bir neçə dəfə ona yaxınlaşaraq eşq elan edib, əl çəkməyəcəyini bildirərək əxlaqsız təkliflər edib: “İki azyaşlı övladım və ailə üzvlərimlə birgə Neftçala şəhərində yaşayıram. Martın 14-də övladlarımı bağçadan götürüb evə gəldiyim zaman tanımadığım bir şəxs uşaqların yanında, insanların gedib gəldiyi yerdə mənə yaxınlaşdı. O, tanış olmaq məqsədilə telefon nömrəmi istədi. Övladlarımı ona göstərib evli olduğumu deyərək bu hərəkətin əxlaq normalarına zidd olduğunu bildirdim və məndən kənar olmasını istədim. Lakin o məndən əl çəkməyəcəyini dedi.
Daha sonra mart ayında bayram günlərində yaşadığım binanın blokuna qədər gəldi və məni insanların yanında təhqir edib əxlaqsız təkliflər etməyə başladı. Bu məsələni bədbəxt hadisə olmasın deyə həyat yoldaşımdan gizlətdim. Sonradan bu şəxsin tutduğu əməldən islah olmadığını görüb həyat yoldaşıma məlumat verdim. Belə ki, aprelin 4-ü saat 17 radələrində həmin şəxsin azyaşlı övladlarımı bağçadan gətirərkən mənə yenə yaxınlaşdığını görüb ərimə zəng etdim. Həyat yoldaşım xidməti işi ilə əlaqədar qrafikə uyğun olaraq işdə olduğundan məndən onun videosunu və şəkillərini çəkib “102”yə müraciət etməyimi istədi, mən də onun dediyini etdim”.
Bundan sonra O.Osmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsinə əsasən inzibati protokol tərtib edilib. O, aprelin 7-si saxlanılaraq məhkəməyə göndərilib.
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
Qohumların mübahisəsi silahlı DAVAYA ÇEVRİLDİ – 4 nəfər xəsarət aldı
“Lənkəran” sərhəd dəstəsi ƏMƏLİYYAT KEÇİRDİ: 11 kq-dan çox marixuanana ələ keçirildi
Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürdü
Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB - FOTO
Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi - Həbs olundu
Yumurta boyda dolu yağdı; avtomobillərə ziyan dəydi - VİDEO
Xaçınçaya gələn seldə "Hyundai" batıb - FOTO - VİDEO
Polis çaya düşən azyaşlını xilas etdi - Babası boğuldu - VİDEO
DSX müsadirə olunmuş narkotikləri bahalı maşınlarla yandırmağa apardı - FOTO - VİDEO
Babək prospektində təhlükəli anlar: Piyada motosikletlə az qala toqquşacaqdı - VİDEO










