Fatmayıda 20 yaşlı qızı qətlə yetirən 62 yaşlı müəllimə hökm oxunub

Abşeron rayonunda 20 yaşlı qızı qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Samir Məmmədov E.Quliyevin 10 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, E.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü il dekabr ayının 12-də Fatmayı kəndində baş verib.
Eynulla Quliyev 1994-cü il təvəllüdlü tanışı, qeyri-rəsmi münasibətdə olduğu iddia edilən Arzu Rəhimova ilə mübahisə edib. Mübahisədən sonra isə o, tanışını qətlə yetirib.
E.Quliyev Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyib.
O, polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsiylə ittiham elan olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












