Gedişhaqqının artırılmasına etiraz edənlər yolu bağlayıblar

Ermənistanın Proşyan və Kasax kəndlərinin sakinləri yenidən etiraz aksiyası keçirərək bu kəndləri İrəvanla birləşdirən avtobus marşrutlarının ləğvi haqqında qərara yenidən baxılmasını tələb ediblər.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, etirazçılar Kotayk qubernatoru Aaron Saakyanın aksiyanın keçirildiyi əraziyə gəlməsini tələb edirlər. Əks halda onlar Aştarak-İrəvan yolunu bağlayacaqlar.
Kasax və Proşyanı İrəvanla birləşdirən 25 və 59 nömrəli avtobus marşrutlarının fəaliyyətinin dayandırılmasına etiraz edən sakinlər onların əvəzinə indi daha bahalı mikroavtobusların işlədiyini bildiriblər.
Etirazçılar yolu bağlamaq niyyətləri barədə əvvəlcədən xəbərdarlıq ediblər. Hadisə yerinə polis qüvvələri cəlb edilib.
Xatırladaq ki, aprelin 9-da Kasax və Proşyan sakinlərinin hökumət nümayəndələri ilə görüşü keçirilib. Həmin vaxt onlara problemin həll olunacağı və tariflərin dəyişməyəcəyi vəd edilib. Lakin kənd sakinlərinin sözlərinə görə, heç bir dəyişiklik baş verməyib. Hakimiyyətin qərarına əsasən, sərnişindaşıma xidmətini artıq İrəvan meriyası deyil, "Multitransport" şirkəti yüksək tariflərlə həyata keçirəcək. Əvvəllər gedişhaqqı 100 və 150 dram idisə, indi bu məbləğ 250 ($0,64) və 200 dram olacaq.
Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












