Gəncədə 23 yaşlı gəncin boğazı kəsildi - YENİLƏNİB

Bu gün saat 05:00 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Boynun sol ön nahiyəsinin kəsilmiş, deşilmiş yarası, qırtlağın zədələnməsi və travmatik şok diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.
Qeyd edilib ki, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.(apa)
***
Gəncədə 23 yaşlı gənci bıçaqlayan şəxs tutulub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 24 yaşlı E. Aşurov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə 23 yaşlı gənc oğlanın boğazı kəsilib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki 2002-ci il təvəllüdlü N. Rüstəmov boğazının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












