Gəncədə bıçaqlanaraq xəsarət alanların vəziyyəti açıqlandı

Aprelin 27-də Gəncədə bıçaqlanma hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istindən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, xəstəxanaya yerləşdirilən hər üç şəxsə tibbi yardım göstərildikdən sonra evə buraxılıb:
"Aprelin 27-də saat 17:30-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
2002-ci il təvəllüdlü şəxsə döş qəfəsinin və bud nahiyəsinin kəsilmiş yarası, 1996-cı il təvəllüdlü şəxsə başın və sol dirsəyin kəsilmiş yarası, 1998-ci il təvəllüdlü şəxsə isə budun açıq yarası diaqnozları təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardımlar göstərilib, vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Xatırladaq ki, ötən gün Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayonunun Yellicə kənd sakini, 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. İnsident zamanı 1996-cı təvəllüdlü Babək Hahcağazadə və Ələddin Əlizadə də bıçaq xəsarətləri alıblar.
Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












