Gəncədə çaydan qız meyit tapılıb

Gəncəçay çayında meyiti aşkarlanan gənc qızın kimliyi məlum olub.
Çayda boğularaq ölən şəxs Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü F. Əmiraslanovadır.
Qadının Gəncə şəhərində dilənçilik etdiyi, iki gün öncə yağan güclü yağışlar nəticəsində Gəncəçay çayında suyun səviyyəsinin artması nəticəsində çaya düşərək boğulduğu ehtimal edilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, iyul ayının 30-da saat 18:00 radələrində Gəncə çayının şəhərin mərkəzindən keçən hissəsindən qadın meyitinin olması barədə polisə məlumat daxil olub.
Polis əməldaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirilib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmraslanova olması müəyyən edilib. Meyit müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












