Gəncədə məktəblilər bir-birini söyüşə görə BIÇAQLAYIBLAR - FOTO

"Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir".
Bu məlumat Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
"Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi həmin məktəbin 8-ci sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək", - deyə açıqlamada bildirilir.
Hadisə söyüş üstündə baş verib.
***
Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib.
Bu barədə oxu.az-a məlumat daxil olub.
Qeyd olunub ki, 21 nömrəli məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlamasında faktı təsdiqləyib.
"Gəncə Şəhər Baş Polis İdarəsinə yetkinlik yaşına çatmayan şəxsin kəsici, deşici alətlə xəsarət alması barədə məlumat daxil olub. Hazırda araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib istintaqa təhvil verildikdən sonra əlavə məlumat veriləcək.
Qeyd edim ki, hadisə məktəbdən kənarda qeydə alınıb", - deyə E.Qasımov vurğulayıb.
(oxu.az)
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












