Gəncədə qəza nəticəsində işıqfor və yol nişanı yararsız hala düşüb - RƏSMİ - VİDEO

Gəncə şəhəri Heydər Əliyev prospektində quraşdırılmış işıqfor və yol nişanı yararsız hala düşüb.
Avtosfer.az xəbər verir ki, mövcud problemlə bağlı şəhər sakini sosial şəbəkə hesabında paylaşım edib. O iddia edib ki, ərazidə yol-nəqliyyat hadisənin baş verdiyi üçün işıqfor qırılıb. Lakin vətəndaş hələ də işıqforun təmir olunmadığını qeyd edib.
Qeyd edək ki, şəhər sakinləri məsələylə bağlı aidiyyəti quruma müraciət etdiklərini vurğulayıblar.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avtosfer.az-ın sorğusunu cavablayıb. O bildirib ki, sözügedən ərazidə ötən gün qəza baş verib. Belə ki, “VAZ-2104” markalı maşını idarə edən sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı işıqfora və yol nişanına çırpıb. Onun sözlərinə görə, əraziyə baxış keçirilib və qırılan işıforun təmirinə başlanılıb.
Nərmin
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO












