Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT

Bakıda son günlər nəqliyyat sıxlığı bir sıra əsas istiqamətlərdə sürücülər üçün ciddi çətinliklər yaradır. Eyni vaxtda 12 istiqamətdə sıxlığın qeydə alınması paytaxtın yol-nəqliyyat infrastrukturunun artan avtomobil sayına nə dərəcədə uyğunlaşa bildiyi sualını gündəmə gətirir.
Avtosfer.az xəbər verir ki, şəhərdə tıxacların davamlı xarakter alması problemin yalnız yol genişləndirilməsi ilə həllinin mümkün olub-olmadığı barədə müzakirələri də artırıb. Bəs Bakıda nəqliyyat sıxlığının əsas səbəbləri nələrdir və problemin uzunmüddətli həlli üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda eyni vaxtda bir neçə istiqamətdə ciddi nəqliyyat sıxlığının yaranması artıq problemin yalnız ayrı-ayrı küçə və prospektlərdəki hərəkət intensivliyi ilə izah olunmadığını göstərir:

''Bu, şəhərin nəqliyyat infrastrukturunun artan avtomobil sayına və əhalinin mobillik tələbatına uyğunlaşdırılması məsələsini daha ciddi şəkildə gündəmə gətirir. Son illərdə Bakıda avtomobillərin sayının artması ilə yanaşı, şəhərin bəzi ərazilərində yol şəbəkəsinin imkanları da öz həddinə çatır. Ona görə də tıxaclara yalnız operativ tədbirlərlə deyil, uzunmüddətli və sistemli yanaşma ilə baxmaq lazımdır. Burada əsas hədəf şəxsi avtomobildən istifadənin məhdudlaşdırılması yox, vətəndaş üçün daha rahat və cəlbedici alternativlərin yaradılması olmalıdır. Bunun üçün ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi, avtobus və dəmir yolu nəqliyyatının inteqrasiyası, parklanma sisteminin daha səmərəli təşkili, şəhərətrafı ərazilərdən Bakıya daxil olan nəqliyyat axınının düzgün idarə olunması vacibdir. Xüsusilə Biləcəri, Xırdalan və digər intensiv hərəkət istiqamətlərində şəhərətrafı dəmir yolu imkanlarının genişləndirilməsi Bakının mərkəzinə daxil olan avtomobil sayının azalmasına ciddi təsir göstərə bilər. Parlament səviyyəsində isə nəqliyyat siyasətinin daha uzunmüddətli planlaşdırılmasını təmin edən mexanizmlərin gücləndirilməsi, şəhərsalma və nəqliyyat planlaşdırmasının bir-biri ilə əlaqələndirilməsi, parklanma və ictimai nəqliyyatla bağlı qanunvericiliyin təkmilləşdirilməsi müzakirə olunmalıdır. Eyni zamanda, yeni yaşayış massivləri, iri ticarət və biznes obyektləri, məktəblər və digər sosial infrastruktur layihələri planlaşdırılarkən onların şəhərin ümumi nəqliyyat yükünə təsiri əvvəlcədən nəzərə alınmalıdır. Tıxac problemini birdəfəlik həll etmək üçün ayrı-ayrı yolların genişləndirilməsi ilə kifayətlənmək olmaz; bütöv şəhər üzrə vahid nəqliyyat strategiyası formalaşdırılmalı və bu strategiyanın icrasına parlament səviyyəsində də nəzarət gücləndirilməlidir''.
Fatimə
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ












