Taksi duracağını zəbt edib sürücünü çıxılmaz vəziyyətdə qoydular - VİDEO

Paytaxtın Mikayıl Rəfili küçəsində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.
Avtosfer.az-a müraciət edən izləyicilərdən biri hadisə ilə bağlı “WhatsApp” ünvanımıza video göndərib.
Kadrlardan göründüyü kimi, 77-RV-709 dövlət qeydiyyat nişanlı “Ford” markalı, 77-CA-780 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı və 90-FE-144 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillər taksi duracağında saxlanılıb.
Nəticədə əraziyə müştəri götürmək üçün gələn taksi sürücüsü duracaqdan istifadə edə bilməyib. O, məcbur qalaraq avtomobilini binanın girişində saxlamaqla sərnişin götürüb.
Xatırladaq ki, taksi duracaqları yalnız taksi minik avtomobillərinin dayanması üçün nəzərdə tutulub. Digər nəqliyyat vasitələrinin həmin ərazilərdə saxlanılması taksilərin fəaliyyətinə maneə yaradır və yol hərəkətinin təşkilinə mənfi təsir göstərir.
Nərmin
Əks yola çıxan “Range Rover” sürücüsü ardınca təhlükəli manevr etdi - VİDEO
Qırmızıda şütüyərək keçən sürücü təhlükə yaratdı – 77-SB-906 - VİDEO
Sürücü çəkdiyi siqaretin kötüyünü yola atdı - 99-CS-191 - VİDEO
Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı - VİDEO
Qaydanı pozan xanım sürücü keçidə daxil olan piyadaya yol vermədi - VİDEO
Bakıda kuryer motosikletin ön təkərini qaldırıb “şou” göstərdi - VİDEO
Prospektdə maşınlarını səkidə satışa çıxaran obyekt piyadalara mane olur - VİDEO
Maşın sürə-sürə prospekti zibillədi – 10-YE-955 - VİDEO
Nişana baxmayan sürücü baş yoldakı maşına təhlükə yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO












