Banner

Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq

Avtoxəbər 8 Oktyabr 2026 18:45
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
WhatsApp kanalımıza abunə olun

Avtomobillərdə dövlət nömrə nişanının gizlədilməsi və ya onun oxunmasına mane olan vasitələrdən istifadə edilməsi sürücülər arasında rast gəlinən hallardandır. Bəzi sürücülər bunu bilərəkdən etsə də, müəyyən hallarda nömrənin çirklənməsi, zədələnməsi və ya texniki səbəblərdən oxunması çətinləşə bilər.

Bəs sürücülər dövlət nömrə nişanlarını hansı səbəblərdən gizlədir və ya oxunmaz vəziyyətə salırlar? Bu hallara ən çox hansı amillər səbəb olur?

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, adətən payız-qış aylarında yağışlı havalarla əlaqədar avtomobilin dövlət nömrə nişanı və fənərləri palçığa bulaşa bilər.

 

Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq

 

Onun sözlərinə görə, bu, bəzi hallarda sürücünün iradəsindən asılı olmayan səbəblərdən baş verir:

"Amma buna baxmayaraq, sürücünün əsas vəzifələrindən biri dövlət nömrə nişanını təmiz vəziyyətdə saxlamaqdır. Sürücü hava şəraitindən asılı olmayaraq buna xüsusi diqqət yetirməlidir.

Bəzən isə elə hallar olur ki, sürücü avtomobilin dövlət nömrə nişanını ümumiyyətlə çıxarır, üzərinə xüsusi örtük çəkir və ya başqa üsullarla nömrənin rəqəmlərini dəyişməyə, yaxud görünməz etməyə çalışır. Bu halda artıq sürücünün bilərəkdən qayda pozmaq niyyətinin olduğu görünür.

Burada bunun hansı məqsədlə edildiyini dəqiq deyə bilmərik. Amma bəllidir ki, sürücü dövlət nömrə nişanını bilərəkdən gizlədirsə, onun niyyəti o qədər də xoş deyil. Deməli, hansısa qayda pozuntusuna görə cərimələnməkdən və ya törətdiyi əməlin daha tez aşkarlanmasından çəkinir.

Bunu edən sürücülər başa düşməlidirlər ki, bu gün ölkəmizdə müasir texnologiyalar kifayət qədər inkişaf edib. Ölkənin bir çox ərazilərində videokameralar, müşahidə və təhlükəsizlik kameraları quraşdırılıb. Ona görə də kimsə dövlət nömrə nişanını bilərəkdən bağlayaraq qayda pozuntusu və ya digər qanunazidd əməl törədirsə, həmin şəxsin müəyyən edilməsi heç də çətin deyil".

Oxunub : 378
ŞƏRH YAZ
Ad

E-mail

Şərh