Sənəd saxtalaşdırılmasında adı hallanan şirkətə 272 min manatlıq tender

Azərbaycan Tibb Universiteti (ATU) “Kaspian Standart” MMC ilə 272 642,54 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Avtosfer.az xəbər verir ki, müqavilə universitetin mətbəəsi üçün lazım olan avadanlıqların və materialların alınmasını nəzərdə tutur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Kaspian Standart” MMC 17 mart 2008-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, akademik Şamil Əzizbəyov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəsrullayev Fuad Nazim oğludur.
Şirkətin fəaliyyət sahəsi kifayət qədər geniş olsa da, açıq mənbələrdə onun fəaliyyəti haqqında geniş məlumatlara rast gəlinmir. Şirkətin maddi-texniki bazası, əməkdaşlarının sayı və həyata keçirdiyi layihələr barədə də ictimaiyyətə açıq ətraflı məlumat yoxdur.
Dövlət satınalmalarının vahid elektron portalı üzərindən aparılan araşdırma zamanı məlum olub ki, “Kaspian Standart” MMC müxtəlif dövlət qurumlarının keçirdiyi satınalma müsabiqələrinin qalibləri sırasında yer alıb.
Şirkət müxtəlif vaxtlarda inşaat işləri, kitab, dəftərxana və təsərrüfat mallarının alınması, regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi, həmçinin yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi ilə bağlı araşdırma və təhlillərin aparılması kimi fərqli satınalma predmetləri üzrə müqavilələr əldə edib.
2022-ci ildə “Kaspian Standart” MMC-nin adı dövlət satınalmaları ilə bağlı sənədlərin saxtalaşdırılması məsələsi üzrə yayılan məlumatlarda da hallanıb. (qaynarinfo)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












