Generalın ölümü ilə bağlı şübhəli şəxs saxlanılıb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalikin qətlində şübhəli bilinən İqnat Kuzin Türkiyədə saxlanılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
“O, Moskvadan gəldikdən sonra İstanbulda saxlanılıb”, - deyə mənbələr bildiriblər.
***
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəisi general-leytenant Yaroslav Moskaliki öldürən kustar üsulla hazırlanmış partlayıcı qurğu trotil blokları, boltlar və mismarlardan yığılıb.
Bu, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB)hadisə yerində lentə aldığı videoda da açıq görünür.
Kadrlarda partlayıcı qurğunun hissələri, onun doldurulduğu boltlar və mismarlar əks olunub.
Bundan başqa generalı avtomobilindən izləmək üçün istifadə olunan noutbuk, həmçinin mobil telefon da tapılıb.
***
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəisi general-leytenant Yaroslav Moskalikin ölümü ilə nəticələnən terror aktında şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, Moskalikin terror aktı nəticəsində ölümü ilə bağlı cinayət işi çərçivəsində istintaq bu cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyənləşdirib.
Onun Ukrayna xüsusi xidmət orqanlarının agenti, Ukraynada yaşamaq icazəsi olan 1983-cü il təvəllüdlü İqnat Kuzin olduğu üzə çıxıb.
Şübhəli Rusiya FSB-nin əməliyyat xidmətləri tərəfindən saxlanılıb. Cinayətin baş vermə şəraiti müəyyənləşdirilir, sübutlar toplanır.
Qeyd edək ki, aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volkswagen” avtomobili partladılıb. Güclü partlayış nəticəsində avtomobilin yaxınlığından keçən bir nəfərin həlak olduğu bildirilib. Rusiya mətbuatı bir qədər sonra partlayış nəticəsində həlak olan şəxsin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalik olması barədə məlumat yayıb. 59 yaşlı general 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutub.

Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO










