Ginekoloq hakim qarşısına çıxır

Sabirabadda yenidoğulmuş uşağın ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Sabirabad rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, ötən il noyabrın 4-də Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Regional Perinatal Mərkəzində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla Mərkəzin həkim mama-ginekoloqu Naibə Mahmudova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirilməməsi, tibbi göstəriş olmasına baxmayaq əməliyyatın gecikdirilməsi nəticəsində yeni doğulmuş uşağın ölmünə səbəb olan səhlənkarlıq edilməsinə, eləcə də doğumun gedişini və nəticələrini əks etdirən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Naibə Mahmudovaya Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












