Gömrükdən qanunsuz olaraq "zapçast" keçirmək istəyənlər tutuldu - FOTO

Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən gömrük orqanına bəyan edilməyən avtomobil ehtiyat hissələri və dərman vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a bildirilib ki, “Samur” gömrük postunun idxal nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsindən yük müşayiət sənədlərində qeyd olunmayan və düzgün şəkildə bəyan edilməyən külli miqdarda avtomobil ehtiyat hissələri, tibbi ləvazimatlar və 200 kapsul “Tramadol 50 mq”, 25 ampul “Tramadol 100mq/2ml” adlı dərman vasitələri aşkar olunub.
Xatırladaq ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla əlaqədar araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













