Goranboyda 45 yaşlı kişi minaya düşdü - YENİLƏNİB

Goranboyda 45 yaşlı kişini minaya düşməsinin təfərrüatları məlum olub.
Avtosfer.az xəbər verir ki, Kəlbəcər rayon sakini Goranboyun Qaraçinar kəndində yaşayan 45 yaşlı Qalıb Abbasovun mal-qarası Baranbat adlanan meşəlik ərazidə itib.
Qalib Abbasov mal qarasını meşəlik ərazidə axtaran zaman minaya düşüb. Xəsarət alan şəxs əvvəlcə Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Ona xəstəxanada yardım edildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
***15:11
Bu gün Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Goranboy rayonunun Qaraçinar kənd sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş, Goranboy rayonunin Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
***14:12
Kəlbəcər sakini Goranboyda minaya düşüb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlığında Baranbat meşəsi ərazisində baş verib.
Belə ki, Kəlbəcər rayonun Cəmilli kənd sakini 1980-ci il təvəllüdlü Q.Abbasov mina partlaması nəticəsində xəsarət alıb. 45 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, Q.Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












