Göyçayda 36 yaşlı kişi bıçaqlandı

Göyçayda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 19 yaşlı Xəyyam Məmmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon sakini 36 yaşlı Elvin Umudova kəsici alətlə xəsarət yetirib. E.Umudov xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.
***
Göyçayda bıçaqlanan şəxsin vəziyyəti məlum olub. TƏBİB-dən bildirilib ki, 18.04.2026-cı il tarixində saat 01:20 radələrində 1 nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Belə ki, 1990-cı il təvəllüdlü pasiyentə sağ bazunun, döş qəfəsinin, qarının ön divarının kəsilmiş, deşilmiş yaraları, sol göz və göz yuvası ətrafının əzilmiş yarası və hematoması, sol çiyin nahiyəsinin səthi sıyrığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Pasiyent əməliyyata qəbul olunub. Müalicəsi Reanimasiya, Anesteziologiya və İntensiv terapiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












