Göygöldə təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb - FOTO

Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb, avtomobilə zərər vurulub
Avtosfer.az-ın məlumatına görə, hadisə Göygöl şəhərində Əliağa Şıxlınski küçəsində qeydə alınıb.
Belə ki, çağırışa gedən təcili tibbi yardım briqadası xəstə yaxınları tərəfindən təzyiqə məruz qalıb. Təcili tibbi yardım maşınının pəncərəsi sındırılıb.
İlkin məlumata görə, xəstənin yaxınları təcili tibbi yardım briqadasının gecikdiyini iddia ediblər. Həkim isə çağırışa zamanında gəldiklərini, çağırışdan 6 dəqiqə sonra ünvana çatdıqlarını bildirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***
Göygöl Rayon Polis Şöbəsinə rayon ərazisində təcili tibbi yardım avtomobilinə zərər yetirilməsi ilə bağlı məlumat daxil olub:
“Daxil olan məlumat əsasında aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, vəfat edən şəxsin yaxın qohumu olan qadın təcili tibbi yardım avtomobilinə daşla zərər vurub. Hadisənin təfərrüatları araşdırılır, müvafiq hüquqi qiymət verilməsi üçün tədbirlər görülür”.


Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












