Güclü külək Bakıda svetoforlara ziyan vurub - FOTO

Paytaxtda əsən güclü külək bir sıra yollar üzərində yerləşən svetoforlara zərər vurub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda NİİM-in əməkdaşları yollardakı vəziyyəti nəzarətdə saxlayır və yaranan problemlərin operativ şəkildə aradan qaldırılması üçün tədbirlər görülür.
Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə vətəndaşlara müraciət olunub. Vətəndaşlardan xahiş edilir ki, əgər paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı nasazlıq və ya problem müşahidə edilərsə, bu barədə dərhal Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat fəaliyyət göstərən +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.



Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












