Güclü külək şimal-qərb bölgəsində bir sıra fəsadlar törədib

Güclü külək Qax və Zaqatalada bir sıra fəsadlar törədib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saat 17 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsinin Balakən, Zaqatala və Qax rayonları ərazisində bir saat ərazində qeyr-sabit hava şəraiti hökm sürüb, fasilələrlə güclü külək və qısamüddətli yağış yağıb.
Bölgədə güclü külək daha çox Qax və Zaqatala rayonlarında müşahidə olunub. Güclü külək Qax rayonun Lələpaşa kəndində bir fərdi yaşayış evinin dam örtüyünün bir hissəsini qoparıb.
Külək Qazmalar və Qaşqaçay kəndində isə ümumilikdə iki vətəndaşa məxsus tövlənin dam örtüyünü dağıdıb. Güclü külək səbəbilə Qax rayonunun bır sıra kəndlərində elektrik təsərrüfatına ziyan dəyib, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Güclü külək səbəbilə Zaqatalanın Yuxarı Tala, Aşağı Tala, Gəyəm, Car, Mazıx və Muxax kəndlərinə elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.
Qax və Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları hadisə baş verən andan ərazilərə cəlb olunub, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparıb.
Hazırda bir çox ərazilərdə güclü külək səbəbilə baş vermiş fəsadlar demək olar ki, tam aradan qaldırılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












