Günahsız şəxs başqasının cinayətinə görə 40 il həbsdə qalıb

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında günahsız bir kişi törətmədiyi qətlə görə 40 il həbsdə qalıb və hələ də həbsdə saxlanılır.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Straight Arrow News” (SAN) məlumat yayıb.
Nəşr qeyd edir ki, Kennet Kler 1984-cü ildə Kaliforniya ştatının Santa-Ana şəhərində dayə işləyən 25 yaşlı Linda Fey Rocersin qətlində şübhəli şəxs kimi həbs edilib. Kler evsiz idi və onun iş yerinin yaxınlığında tərk edilmiş bir evdə yaşayırdı. Cinayətkar oraya soxularaq Rocersi zorlayıb və öldürüb. Bu zaman digər otaqda ev sahiblərinin uşaqları və baxıcının oğlu yatırmış.
Klerə qarşı ittihamlar onun keçmiş sevgilisinin ifadələrinə əsaslanırdı. Qadın iddia edirdi ki, o, cinayətin baş verdiyi evdən bəzi əşyaları götürüb. Qadın onu ifşa etmək üçün Klerlə gizli mikrofon ilə görüşməyə razılaşıb, lakin o, etiraf etməyib.
Rocersin baxdığı uşaq evdə tanımadığı ağdərili bir kişi gördüyünü söyləyib, halbuki Kler qaradərilidir. Cinayət yerində onun barmaq izləri və digər sübutlar tapılmayıb. Buna baxmayaraq, andlı iclasçılar məhkəməsi Kleri təqsirli hesab edib. O özü ona qarşı irəli sürülmüş ittihamları rədd edib və başqasının cinayətinə görə mühakimə olunduğunu bildirib.
Bütün bu müddət ərzində fəallar Klerin işinə yenidən baxılmasına çalışıblar. 2023-cü ildə məhkəmə sübutlara və cinayət yerindən götürülmüş DNT nümunələrinə yenidən baxmağa razılıq verib. 20 nümunə yoxlanılıb və onların heç biri Kleri göstərməyib. Günahsız məhkum edilmiş şəxsin vəkilinin bildirdiyinə görə, onun təqsirini sübut edən heç bir faktiki dəlil yoxdur. Bundan başqa, iş zamanı ekspertlər cinayətkar ola biləcək naməlum kişilərə aid iki yeni DNT profili aşkar ediblər.
Hazırda Klerin işinə yenidən baxılması uğrunda mübarizə aparan fəallar dairə prokurorluğundan onun azad edilməsini tələb edirlər. Prokurorluğun nümayəndəsi bildirib ki, sorğuya yaxın zamanda baxılacaq.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












