Hava limanında etiraz aksiyası keçirən ekofəallar saxlanılıblar

Frankfurt hava limanı polisi bu gün səhər uçuş-enmə zolağına daxil olaraq hava limanının fəaliyyətinin təxminən iki saat dayanmasına səbəb olan 8 ekofəalı həbs edib.
Bu barədə EFE agentliyi məlumat yayıb.
Qeyd edək ki, hava limanında ekofəalların etiraz aksiyasına görə bu günə planlaşdırılan 1,4 min reysdən 140 reys ləğv edilib.
***
Almaniyanın Frankfurt hava limanında ekofəalların etiraz aksiyasına görə ən azı 140 reys ləğv edilib. Bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.
Günün sonuna qədər reyslərdə gecikmələr gözlənilir.
Məlumata görə, “Sonuncu nəsil” hərəkatının ekofəallarının uçuş-enmə zolağına daxil olması səbəbindən Frankfurt hava limanı səhər saatlarında fəaliyyətini dayandırıb.
Bildirilib ki, ekofəallar Almaniya hökumətindən 2030-cu ilə qədər neft, qaz və kömürdən tədricən imtinanı tənzimləyən beynəlxalq sazişin hazırlanmasına və imzalanmasına kömək etməyi istəyib.
Onlar xəbərdarlıq edib ki, digər ölkələrin, o cümlədən Böyük Britaniya, Avstriya, Niderland, İsveçrə, Kanada, ABŞ və Norveçin hava limanlarında oxşar vətəndaş etirazları planlaşdırılıb.
Mənbə: “Report”
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












