Hava limanında patronla saxlanılan şəxs: "Mənə ruzi-bərəkət gətirir..."

Türkiyədən müalicədən qayıdan şəxs pul qabında patron gəzdirdiyi üçün saxlanılıb.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, saxlanılan 1966-cı il təvəllüdlü Tovuz rayonu, Əsrik Cırdaxan M.C. adlı şəxs barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, M.C. xəstəliyi ilə bağlı Türkiyəyə müalicə almağa gedib və Balıkesir şəhərində yaşayan Ayşe adlı qadının evində qalıb. Həmin qadının evində Glock-42 markalı tapançalarda istifadə olunan patronlar görüb. O, Ayşedən həmin patronların nə olduğunu, nə üçün saxladığını soruşub. Türkiyəli qadın isə ona sözügedən patronların ruzi-bərəkət gətirdiyini deyib. Daha sonra Ayşen patronlardan birinə nəsə dua oxuyaraq ona verib. O, da patronu pul qabının içinə qoyaraq üzərində gəzdirməyə başlayıb.
Təqsirləndirilən şəxs Azərbaycana Naxçıvan vasitəsi ilə dönüb. O, Naxçıvan-Bakı reysi ilə hava limanından keçmək istəyərkən saxlanılıb.
Məhkəmənin qərarı ilə, M.C.-ya 1 il 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












