Hava limanında uğursuz zarafat onun həbsinə səbəb oldu - FOTO

ABŞ-nin Florida ştatında yaşayan 27 yaşlı Mak Byorn hava limanında etdiyi uğursuz zarafat səbəbindən həbs olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə "LADBible" nəşri məlumat yayıb.
Hadisə Byorn təyyarəyə minməzdən əvvəl, uçuş üçün pilləkənlərdə olarkən baş verib. O, yüksək səslə təhlükəsizlik əməkdaşlarının çantasında olan bombanı görmədiklərini bildirib. Bort bələdçisinin xəbərdarlığına baxmayaraq, Byorn zarafatından imtina etməyib və eyni ifadəni təkrar edib.
Bu davranış onun dərhal saxlanılmasına səbəb olub. Byornun əşyalarına baxış zamanı heç bir partlayıcı vasitə aşkar edilməyib, lakin Florida qanunvericiliyinə əsasən, bomba təhlükəsi ilə bağlı yalan məlumat vermək ikinci dərəcəli cinayət hesab olunur.
Byorn məhkəmədə özünü təqsirli bilmədiyini bildirib.
Məlumata görə, o, ad gününü həbsxana kamerasında, məhkəmənin qərarını gözləyərək keçirib. Əgər təqsir sübuta yetirilərsə, onu uzunmüddətli həbs cəzası gözləyir.(oxu.az)

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












