Həbsdə olan general məhkəməyə müraciət edib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, hazırda həbsdə olan, general-mayor Elçin Quliyevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət olunub.
“Report” xəbər verir ki, həbsdə olan general və həyat yoldaşı Xəzər rayon Məhkəməsinə müraciət edərək onun vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmasını istəyib.
İş hakim Hüseyn Hüseynlinin icraatına verilib.
Qeyd edək ki, Elçin Quliyevin daha bir müraciəti hazırda Xəzər rayon Məhkəməsində hakim İlham Cəfərzadənin icraatında araşdırılır. Həmin müraciətində Elçin Quliyev səhhətində olan problemlərlə əlaqədar cəzadan azad edilməsini xahiş edir. Məhkəmə məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin edilib.
Xatırladaq ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.
E.Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












