“Heç bir restoranda hesab ödəmirəm” - “Oliqarx Baku”dakı davanın təfərrüatı

Bakının Nərimanov rayonunda yerləşən “Oliqarx Baku” restoranında baş verən davaya görə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, restoranın Vüsal adlı icarədarını döyən Həsən adlı müştərinin azadlığı 7 ay müddətinə məhdudlaşdırılıb.
Hadisə isə bu ilin fevralında baş verib.
Məhkəmədə verilən ifadələrdən məlum olub ki, səhər saatlarına doğru müştərinin masasına hesab göndərilib. Müştəri isə indiyədək əyləşdiyi restoranların heç birində hesab ödəmədiyini bildirib. Bundan sonra mübahisə yaranıb. Daha sonra Həsən restoranın dəhlizində “Oliqarx Baku”nun icarədarına zərbələr endirib.
Zərərçəkmiş şəxs məhkəməyə videokonfrans vasitəsilə qoşularaq ona ziyan vurmuş müştəridən şikayətçi olmadığını bildirib.
Qeyd edək ki, “Oliqarx Baku” həm də gecə klubu kimi tanınır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












