Həmin gəmidəkilər İsraildən deportasiya ediləcək - VİDEO

Göyərtəsində Fələstinyönümlü aktivistlərin olduğu və Qəzza zolağına yollanan “Madleen” gəmisi İsrailin Aşdod limanına yönləndirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb.
Bildirilib ki, gəminin göyərtəsinə İsrailin dəniz xüsusi təyinatlıları qalxdıqdan sonra bu barədə qərar verilib.
Həmçinin qeyd olunub ki, aralarında isveçli aktivist Qreta Tunberq də olan fəallar ölkədən deportasiya ediləcək.
İsrailin Xarici İşlər Nazirliyi isə “X” hesabında paylaşım edərək gəminin sərnişinlərinin artıq ölkəni tərk etmək üçün Ben-Qurion aeroportunda olduğunu yazıb. Onlardan bəzilərinin yaxın saatlarda İsraili tərk edəcəyi gözlənilir.
Nazirlik xəbərdarlıq edib ki, deportasiya barədə sənədi imzalamaqdan və İsraili tərk etməkdən imtina edənlər ölkə qanunvericiliyinə uyğun olaraq məhkəmə qarşısına çıxarılacaq.
Xatırladaq ki, Qəzza zolağına yollanan “Madleen” gəmisi iyunun 1-də Siciliyanın Kataniya limanından yola düşüb. Onun göyərtəsində Qreta Tunberq və Avropa parlamentinin deputatı Rima Hassan da olmaqla 12 nəfər olub. “Madleen” saxlanılmazdan əvvəl İsrail XİN gəmidən anklavın blokadasını keçmək cəhdlərindən imtina etməyi və istiqamətini dəyişməyi tələb etmişdi. Qurum bununla yanaşı, gəmini “selfi yaxtası” adlandıraraq, fəalların Qəzzaya humanitar yardım aparmaq fikrinin özlərini reklam üçün medianın diqqətini cəlb etməyə yönəldiyini bildirib.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












