Hərbi bazaya hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

Böyük Britaniyada hava qüvvələri bazasına evdə düzəltdiyi bomba ilə hücum etməyi planlaşdıran şəxs 37 il həbs cəzasına məhkum edilib.
Avtosfer.az “Reuters”ə istinadla xəbər verir ki, 29 yaşlı Məhəmməd Faruq fişənglərdən əldə etdiyi partlayıcı maddələrlə evdə bomba hazırlayıb və İngiltərənin şimalında yerləşən “RAF Menwith Hill” hərbi bazasını hədəf seçib. Lakin o, cihazı baza ətrafındakı güclü mühafizə baryerindən yaxın məsafədə partlatmağın mümkün olmadığını anlayaraq, daha zəif qorunan hədəfə yönəlib.
Faruq 2023-cü ilin yanvarında Lids şəhərindəki hospitalın qarşısında polis tərəfindən saxlanılıb. Həbs edilərkən onun üzərində təxminən 10 kq partlayıcı maddə aşkarlanıb.
Bu gün keçirilən məhkəmə zamanı hakim qeyd edib ki, Faruq yalnız 37 il həbsxanada qaldıqdan sonra şərti azadlığa buraxılmaq hüququ əldə edə biləcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












