Hərbi obyektdə rerror aktı törədildi, 18 nəfər öldü

Pakistanın Xayber-Paxtunxva əyalətinin Banu şəhərindəki hərbi obyektdə baş verən terror aktı nəticəsində 13 mülki şəxs və 5 hərbçi həlak olub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi Pakistan hərbçilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, martın 4-də terrorçu-kamikadzelər partlayıcı yüklənmiş iki avtomobillə Bannu şəhərindəki hərbi bazaya hücum ediblər. Hücum on nəfərdən çox yaraqlı tərəfindən təşkil edilib.
Hərbçilər bildiriblər ki, çoxsaylı partlayışlar kompleksin xarici divarının qismən uçmasına və yaxınlıqdakı infrastrukturun zədələnməsinə səbəb olub. Yaxınlıqda yerləşən məscid və yaşayış evinə də böyük ziyan dəyib.
Hücum nəticəsində ən azı 13 mülki şəxs və 5 əsgər həlak olub.
Əks-hücum zamanı öldürülən 16 yaraqlı arasında dörd terrorçu-kamikadze olub.
Xəstəxananın nümayəndəsi Nauman bildirib ki, zərər çəkmiş mülki şəxslərin bir neçəsi dağıntılar altında qalıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












