Zelenski mediaya məhdudiyyət qoydu

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin kritik infrastruktur obyektlərinə edilən hücumların nəticələri və həmin obyektlərin bərpa müddətləri barədə məlumatların mediada dərc olunmasının qadağan edilməsi ilə bağlı göstəriş verib.
Avtosfer.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski noyabrın 28-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) müvafiq qərarını qüvvəyə mindirən fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti kritik infrastruktur obyektlərinə dəymiş ziyan, onların bərpa müddətləri, eləcə də enerji və əhalinin həyat təminatı sahələrindəki obyektlərdə mühafizə qurğularının tikintisinin mərhələləri və gedişi barədə məlumatların mediada işıqlandırılmasının qadağan edilməsi üçün təcili tədbirlər görməlidir.
Qeyd edək ki, qərar 2026/2027-ci illərin istilik mövsümündə kritik infrastruktur obyektlərinin mühafizəsinin gücləndirilməsini nəzərdə tutur.
Azərbaycanda ən qocaman vəzifəli şəxslər kimlərdir? - SİYAHI
Ramiz Mehdiyevlə bağlı 20 illik MƏXFİ DOSYE AÇILDI - SENSASİYA
Tovuzda yolda sürüşmə: Hərəkət çətinləşdi - VİDEO
Prezidentdən Əhməd Vəliyevlə bağlı SƏRƏNCAM
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI











