Evli olduğu ortaya çıxdı, sevgilisini maşında öldürüb nəşi ilə polisə getdi

Türkiyənin Aksaray şəhərində dəhşətli qətl hadisəsi olub.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki uşaq anası, 31 yaşlı Rabia Yeşildal sevgilisi, 39 yaşlı Necati Doğanayın evli və üç uşaq atası olduğunu öyrəndikdən sonra onunla mübahisə edib.
Mübahisənin sonunda Doğanay qadını odlu silahla qətlə yetirib.
Hadisə gecə saat 03:00 radələrində Yunus Əmrə məhəlləsində qeydə alınıb. Mübahisədən sonra Necati Doğanay Rabia Yeşildalı Pınar məhəlləsində yaşayan anasının evinə aparmağı təklif edib. Birlikdə evdən çıxıb avtomobilə əyləşdikdən dərhal sonra Doğanay belindəki silahı çıxararaq qadının başına atəş açıb. İki uşaq anası aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
Qətldən sonra Necati Doğanay Rabia Yeşildalın cansız bədəninin olduğu avtomobillə birbaşa polis bölməsinə gedərək təslim olub. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Qadının meyiti isə müayinə olunması üçün Aksaray Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb.
Mərhumun həyatı ilə bağlı üzə çıxan digər bir detal isə hər kəsi sarsıdıb. Məlum olub ki, Rabia Yeşildal cəmi 25 gün əvvəl keçmiş həyat yoldaşı tərəfindən 15 bıçaq zərbəsi ilə qətlə yetirilən Şefika Yeşildağın qohumu və uşaqlıq dostu imiş.
Rabia Yeşildal Karkın kənd qəbiristanlığında, uşaqlıq dostunun məzarından cəmi 50 metr aralıda torpağa tapşırılıb.
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü











