Los-Ancelesdə güclü zəlzələ - Hava limanında tavan uçdu, təyyarə enə bilmədi - VİDEO

ABŞ-nin Cənubi Kaliforniya sahilləri yaxınlığında, Los-Anceles ətrafında 5 maqnitudalı zəlzələ olub.
Avtosfer.az CNN-ə istinadən xəbər verir ki, təkanlar Santa-Monikada insanların mağazalardan çölə qaçmasına səbəb olub, Los-Anceles Beynəlxalq Hava Limanında (LAX) isə həyəcan siqnalları səslənərkən tavan plitələri yerə düşüb və “Delta” aviaşirkətinə məxsus təyyarə enişi dayandırmalı olub.
Pasadenada da hiss olunan zəlzələdən sonra “Rose Bowl” stadionuna gedən “Interstate 210” magistralında hərəkətin açıq olduğu bildirilib.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ yerli vaxtla səhər saat 09:30-da Manhetten-Biçdən təxminən 6 kilometr qərb-cənub-qərbdə və 12 kilometr dərinlikdə qeydə alınıb. İlk 45 dəqiqədə 2,5-3,7 maqnitudalı azı dörd afterşok baş verib, 4 və daha yüksək maqnitudalı təkrar təkanların ehtimalı isə 30 faiz qiymətləndirilir. ABŞ Milli Sunami Xəbərdarlıq Mərkəzi sunami təhlükəsinin olmadığını açıqlayıb.
Los-Anceles Yanğınsöndürmə Departamentinin sözçüsü Lindsi Lantz və mer Karen Bass ilkin məlumatlara görə ciddi dağıntı və xəsarət alan olmadığını bildiriblər. Şəhər xidmətləri vəziyyəti izləyir, LAFD isə “zəlzələ rejimi”ndə 106 məntəqə üzrə quru, hava və dəniz yolu ilə yoxlamalar aparır./qafqazinfo
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü











