“İsanı görmək istəyirəm” deyib təyyarənin qapısını açmaq istədi - Havada qorxulu anlar - VİDEO

ABŞ-də San-Dieqodan Çikaqoya uçan “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsində insident olub.
Avtosfer.az xəbər verir ki, Arizona-Kaliforniya sərhədi üzərində uçan 1494 saylı reysdə sərnişinlərdən biri yerindən qalxaraq “İsanı görmək istəyirəm, məni bu təyyarədən düşürün” deyə qışqırıb və həm yan, həm də əsas giriş qapısını açmağa cəhd edib.
Bələdçinin “qapıdan uzaqlaşın” çağırışından sonra ekipaj üzvləri və bir neçə sərnişin müdaxilə edərək həmin şəxsi yerə yıxıb zərərsizləşdiriblər. Qarşıdurmanın təyyarənin arxa hissəsinə yayılmaması üçün bələdçilərdən biri içki arabasını dəhlizə itələyərək keçidi bağlayıb. Yaranmış təhlükəli vəziyyətlə əlaqədar təyyarə marşrutunu dəyişərək Finiks şəhərinə təcili eniş edib.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, insident zamanı yalnız qapını açmağa çalışan şəxs yüngül xəsarət alıb və müayinə üçün xəstəxanaya yerləşdirilib. Sərnişin polisə təhvil verildikdən sonra təyyarə Çikaqoya uçuşunu davam etdirib.
Faktla bağlı Federal Təhqiqatlar Bürosu (FTB) məlumatlandırılıb və araşdırma başlanıb./qafqazinfo
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO
Biləcəridə qırılan ağac yola düşdü - VİDEO
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO











