İki sürücü yol üstündə dava etdi: Biri ailəsinin gözü qarşısında öldürüldü - FOTO

Rusiyanın Moskva vilayətində yol vermək üstündə düşən mübahisə ölümlə nəticələnib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 13-də yerli saatla 22:00 Jukovski şəhərində Bajenova küçəsi 13 saylı evdə baş verib. Bu barədə İstintaq Komitəsinin Moskva vilayəti üzrə şöbəsindən məlumat verilib.
Məlumata görə, “Volkswagen Tiguan” markalı minik avtomobilinin 40 yaşlı sahibi, yolun hərəkət hissəsini mikravtobus sürücüsü ilə bölüşə bilməyib və onların aralarında öncə mübahisə yaranıb. Bu zaman üç nəfər “Volkswagen”in sahibinin üzərinə hücum çəkib.
40 yaşlı kişi bibər qazından istifadə edərək özünü qorumağa çalışıb. Lakin bir neçə dəqiqə sonra baş nahiyəsindən dəmir alətlə (armatur) zərbə alıb. Zərərçəkən, həyat yoldaşı və uşağının gözü qarşısında aldığı xəsarətlərdən dünyasını dəyişib.
Şahidlərin sözlərinə görə, hadisədən sonra şübhəli və onun dostları qaçıblar, ancaq bir müddət sonra onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
İndi qətli törədən şəxsi qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə 15 ilə qədər həbs cəzası gözləyir.
Namiq Musayev



Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












