İki yüksək vəzifəli polis məmuru saxlanıldı

Koreya Respublikasının Polisi Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs edib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Yonhap” 3-4 dekabr hərbi vəziyyət hadisələrinin araşdırılması üçün yaradılmış xüsusi qrupa istinadən məlumat yayıb.
Həbs yerli vaxtla səhər tezdən ordersiz həyata keçirilib. Polis rəisləri konstitusiya quruluşunu devirmək məqsədilə qiyamda şübhəli bilinir. Hüquq-mühafizə orqanları hesab edir ki, Ço Cji Ho və Kim Bon Sik deputatların hərbi vəziyyətin ləğvi üçün səs verməsinə mane olmaq məqsədilə Milli Assambleyasını mühasirəyə almaq göstərişi veriblər. Konstitusiyaya əsasən, prezident hərbi vəziyyət elan etmək, parlament isə səs çoxluğu ilə onu ləğv etmək hüququna malikdir.
Baş komissar həmçinin polis əməkdaşlarını seçki komissiyasının binasına göndərməkdə şübhəli bilinir. Bundan əvvəl Ço Cji Ho və Kim Bon Sikə, eləcə də prezident Yun Sok Yola ölkədən çıxış qadağan edilib. Dövlət başçısı, keçmiş müdafiə naziri Kim Yon Hyon da qiyamda şübhəli bilinir.
Dekabrın 3-də axşam Yun Sok Yol “Şimali Koreya tərəfdarı ünsürlərlə” mübarizə və parlament müxalifətinin hərəkətləri səbəbindən icra hakimiyyətinin iflici məqsədilə hərbi vəziyyət elan edib ki, bu da təxminən altı saatdan sonra ləğv edilib. Müxalifət dekabrın 4-də parlamentdə impiçment prosedurunu başladıb və hesab edir ki, hərbi vəziyyət üçün əsas olmadığından prezident konstitusiyanı pozub. Dekabrın 7-də Koreya Respublikası parlamentində prezidentin impiçmenti ilə bağlı səsvermə keçirilib, hakim partiyanın səsverməni boykot etməsi səbəbindən impiçment baş tutmayıb.
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB












