İranın casusu olmaqda təqsirləndirilən şəxs ekstradisiya edilib

Danimarka bu ölkədə saxlanılan və İranın xüsusi xidmət orqanı üçün casusluq etdiyi iddia olunan şəxsi Almaniyaya ekstradisiya edib.
Avtosfer.az yerli mediaya istinadla xəbər verir ki, əfqan mənşəli Danimarka vətəndaşı olan 53 yaşlı şəxs barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.
İyunun 26-da Danimarkanın Orxus şəhərində həbs olunan həmin şəxs Berlindəki binaları və mümkün hədəf şəxsləri müşahidə etməkdə və fotoşəkillərini çəkməkdə təqsirləndirilir. Onun şəkillərini çəkdiyi binalar arasında Almaniya-Yəhudi Cəmiyyətinin binası və Almaniyada Yəhudilər Mərkəzi Şurasının sədrinin tez-tez baş çəkdiyi binanın da olduğu bildirilir.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt təqsirləndirilən şəxs barədə ilk məlumatın xarici kəşfiyyat xidmətindən gəldiyini açıqlayıb. Onun sözlərinə görə, bu iş üzrə bir neçə xarici xüsusi xidmət orqanı ilə əməkdaşlıq edilib. Nazir əlavə edib ki, saxlanılan şəxs yanğın törətməyə hazırlaşmaqda şübhəli bilinir. İddiaya görə, o, hücumları həyata keçirəcək adamlar axtarıb.
Həbsdən sonra İranın səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıb.
İran isə bu iddiaları rədd edib. İranın bu ölkədəki səfirliyi bu ittihamları əsassız və təhlükəli adlandırıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












