İşdən çıxarılan müavin direktoru məhkəməyə verdi

İşdən çıxarılan direktor müavini məktəbin direktorunu məhkəməyə verib. O, iddia edib ki, direktor mətbuata verdiyi açıqlamada ona böhtan atıb.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Biləsuvar rayon Fazil Hökməliyev adına Günəşli kənd ümumi orta məktəbinin direktoru ilə onun işdən çıxardığı müavini məhkəmədə üz-üzə gəlib.
Direktor Nərmin Nəbiyevanın əmri ilə işdən çıxarılan Alim Həmidli məhkəməyə üz tutub. O, direktorun xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib.
Belə ki, işdən çıxarılan Alim Həmidli mətbuata direktorun qanunsuz fəaliyyətlə məşğul olduğunu, işçiləri əsassız şəkildə işdən çıxarması barədə açıqlama verib.
Direktor Alim Həmidlinin mətbuata verdiyi müsahibəsinə cavab olaraq deyib ki, onun kollektivlə problemi olub: "Sizə deyə bilmərəm. Rayon ictimaiyyətinin bildiyi problemləri, uyğun olmayan məsələlər var idi. Belə şəxslə çalışmaq istəmirdim. Müqavilə bitəndə xitam verdim. İstənilən şəxsdən soruşa bilərsiniz. Əmək Müfəttişliyi Xidmətinin məni cərimə etməsi məsələsinə gəlincə isə bu, həmin şəxslərlə mənim aramda olan məsələdir, bunun Alim Həmidli ilə heç bir əlaqəsi yoxdur. Kollektiv onu istəmirdi".
Alim Həmidli məhkəməyə müraciətində deyib ki, direktor "uyğun olmayan məsələlər", "kollektiv onu istəmirdi", "rayon ictimaiyyətinin bildiyi problemlər" kimi ifadələri ilə həqiqi olmadığını bilə-bilə onun barəsində böhtan xarakterli məlumatlar yayıb.
Məhkəmə Alim Həmidlinin şikayətini icraata qəbul etməyib. Bildirilib ki, Alim Həmidli qarşı tərəfin cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməli törətməsi, törədibsə, bu zaman hansı zərərin vurulmasını şikayətində göstərməyib.
Qeyd edək ki, direktor Alim Həmidlini işdən çıxaran zaman xitam prosesini pozduğu üçün 700 manat cərimə edilib. O həmçinin iki xadiməni də əsassız olaraq işdən çıxardığı üçün Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimələnib.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












