İşığı kəsib həkimin evdən çıxmasını gözləyiblər - Qətlin təfərrüatı

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1993-cü il təvəllüdlü Daşqın Xəlilov (t2), 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev (t3) və 2005-ci il təvəllüdlü R.M-nin hərəsi 19 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə cinayətkar qruplaşmanın şöbə müdirini hansı üsulla öldürdükləri də məlum olub.
Bəlli olub ki, qruplaşma əvvəlcə Bəyaz Cabbarovun evinin önünə gələrək elektrik sayğacına müdaxilə ediblər. Elektrik verilişinin kəsildiyini görən həkim evin önünə çıxıb və bu zaman Fəxri Allahverdiyevlə R.M ona qarşı zorakılıq ediblər. Daha sonra Bəyaz Cabbarovu zorakı üsulla evə aparan qruplaşma üzvləri, onu döşəmənin üstünə yıxıblar. Cinayətkarlar şöbə müdirindən evdə olan pulların yerini soruşublar. Həkim isə yalnız üzərində pul olduğunu, bunu onlara verə biləcəyini deyib.
Bəyaz Cabbarovun evdə saxladığı pulun və qızıl-zinət əşyalarının yerini onlara deməyəcəyini bildikdən sonra, quldurlar onu xüsusi amansızlıqla qətlə yetiriblər. Həkimə ümumilikdə 17 bıçaq zərbəsi endirilib.
Qeyd edək ki, cinayətkar qruplaşma həkim evində 40-50 min manat pul olduğunu ehtimal ediblər.
Onu da əlavə edək ki, həkimi qətlə yetirənlər hadisədən sonra kameraya düşmüşdü.
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












