Kirayə qaldığı həyətdən 10 minlik oğurluq etdi - Məhkəmə qərarı

Bakıda qadın əri ilə kirayə qaldığı həyətdən oğurluq etdiyi üçün saxlanılıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 2007-ci ildə Zərdab rayonu, Sileyli kəndində anadan olmuş Gülayət Səfərovanın (şərti-soyad) Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, təqsirləndirilən şəxs Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən həyətdəki 10 saylı mənzilə qanunsuz daxil olaraq, ümumilikdə 10 178 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq edib. Gülayət oğurluğu əri ilə kirayə qaldığı həyətdəki başqa evdən edib. O, 4.300 manat nağd pulu, qızıl əşyaları, geyimləri və kosmetik ləvazimatları oğurlayıb. Məhkəmənin qərarı ilə Gülayət barəsində 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Qadın cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












