Kişi "qızını əxlaqsızlıqda ittiham edirsən" deyən arvadını bıçaqladı

Gəncədə arvadını bıçaqlamaqda təqsirləndirilən Qadir Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Qadir Quliyev bir il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2023-cü ildə Gəncə şəhərində qeydə alınıb.
Belə ki, Qadir Quliyev olaydan qısa müddət əvvəl həyat yoldaşı Şahnaz Quliyeva (şərti) ilə ailə-məişət zəminində mübahisə edib və qadın ondan küsərək azyaşlı uşaqları ilə atası evinə gedib. Sonra təqsirləndirilən şəxs qayınatasıgilə gedən zaman 2010-cu il təvəllüdlü qızının küçədən həyətə girməsini görüb. Bunun səbəbini arvadından soruşub. Şahnaz isə ərinin qızını əxlaqsızlıqda ittiham edərək şər atdığını deyib. Sonra ərlə arvad arasında yenidən mübahisə yaranıb. Bu zaman Qadir evinin mətbəxindən bıçağı götürərək qadının yatdığı otağa keçib. O, çarpayının üzərində uzanan Şahnaza bir neçə bıçaq zərbəsi vuraraq qadına bədən xəsarətləri yetirib.
Hadisədən sonra Qadir Quliyev saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
(pravda.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












