Kişini diz çökdürərək videoya çəkən şəhid anası danışdı - "İçkili halda oğlumun..."

Sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqiredici hərəkətlərini əks etdirən görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, manset.az görüntüdəki Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanova ilə əlaqə saxlayıb.
O bildirib ki, videodakı şəxs içkili halda oğlunun xatirə lövhəsi qarşısında xoşagəlməz hərəkətlər etdiyi üçün bu addımı atıb:
"O kişini tanımıram, axmaq hərəkət etmişdi. İçkili halda oğlumun şəklinin qarşısında elə hərəkətlər etməsi mənə pis təsir etdi, dözə bilmədim. Ona görə elə etdim. Ailəsi və yaxınları gəlib üzrxahlıq elədi. Atası xəstədir, yorğan-döşəkdə yatır, özü də xəstə övlad atasıdır. Ona görə də böyüklük göstərib onu bağışladım".
Qeyd edək ki, DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə barədə məlumatlıdırlar:
“Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək”.
Xatırladaq ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub, ölümündən sonra müxtəlif medallarla təltif edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












