Klinika direktoru arvadını əvvəl bıçaqlayıb, sonra güllələyibmiş - FOTO

Dünən günorta saatlarında paytaxtın Yasamal rayonunda 39 yaşlı Vasif Kərimovun həyat yoldaşını güllələyərək yaralamasının detalları məlum olub.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, tərəflər arasındakı münaqişənin qısqanclıq zəminində baş verməsi müəyyən edilib.
Bildirilib ki, hadisə Məhəmməd Xiyabani küçəsi 133/135 ünvanında yerləşən çoxmərtəbəli binanın qarajında baş verib.
Burada Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında mübahisə yaranıb. İlkin məlumata əsasən, mübahisəyə səbəb V.Kərimovun başqa qadınla qeyri-rəsmi nikah münasibətləri saxlaması olub. F.Kərimova bundan xəbər tutub, əri ilə münasibəti olan qadını axtarıb tapıb və yaşadığı ünvana gedərək irad bildirib, ərindən əl çəkməsini tələb edib.
Vasif Kərimov arvadının bu hərəkətlərindən narazı qalıb. O, həyat yoldaşını binanın qarajında gözləyib və qarşılayıb. Onlar qadının idarə etdiyi “Toyota Prado” markalı avtomobilə əyləşiblər. Burada cütlük arasında dava düşüb.
V.Kərimov arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın xilas olmaq üçün avtomobildən düşərək qaçmaq istəyib. Bu zaman V.Kərimov özünə məxsus “Land Rover” markalı avtomobildən silahı götürüb, arvadının ardınca gedib və atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.
Yaralı qadın Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib və cərrahi əməliyyatı olunub.
Cütlüyün 3 övladı var. F.Kərimova işləmir, evdar qadındır. Onlar 7-8 ildir həmin ünvanda yaşayırlar. V.Kərimov isə “Referans” klinikasının Mərdəkan filialının direktorudur.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












